Bakı · Tam ştat

Satış meneceri (B2B)

Kağız, büzməli karton və qablaşdırma məhsullarımızı daxili bazarda və ixracda korporativ müştərilərə təqdim edəcək menecer axtarırıq.

Satış meneceri (B2B)

Vəzifə öhdəlikləri

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və saxlanılması
  • Sorğuların qəbulu, təkliflərin hazırlanması və sifarişlərin müşayiəti
  • Müştərinin ehtiyacına görə karton növü və qablaşdırma həllinin seçilməsində məsləhət
  • Bazarın və rəqiblərin izlənməsi

Tələblər

  • B2B satışda ən azı 2 il təcrübə
  • Qablaşdırma və ya sənaye məhsulları sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili üstünlükdür
  • Danışıq aparma və nəticəyə yönəlik iş bacarığı

Təklif edirik

  • Rəsmi əmək müqaviləsi və sosial sığorta
  • Müasir avadanlıqda iş təcrübəsi
  • Xarici mütəxəssis və texnoloqlarla birlikdə öyrənmə imkanı
  • İnkişaf edən istehsal şirkətində karyera

Digər vakansiyalar

Layihəniz üçün kağız, karton və ya qablaşdırma lazımdır?

Məhsulu, ölçünü və miqdarı yazın — fərdi təklif hazırlayaq.