ARKA MMC müasir avadanlıqlarla müxtəlif ölçü, sıxlıq və möhkəmlikdə büzməli karton istehsal edir. Çeşid 2 qatdan 7 qatadək bütün əsas növləri əhatə edir.
Çeşid
- İkiqatlı — bir layner və bir büzmə qatı; bükmə və qoruyucu qablaşdırma üçün
- Üçqatlı — iki layner və bir büzmə qatı; standart qutular üçün
- Beşqatlı — üç layner və iki büzmə qatı; ağır və həcmli yüklər üçün
- Yeddiqatlı — dörd layner və üç büzmə qatı; sənaye təyinatlı, yüksək davamlı
Layner və büzmə qatları üçün kağız öz xəttimizdə istehsal olunduğundan qatlar bir-birinə uyğun seçilir və kartonun xassələri sabit qalır.
Hansı kartonun yükünüzə uyğun olduğunu bilmirsinizsə, məhsulu, çəkini və daşıma şəraitini yazın — mütəxəssislərimiz uyğun variantı təklif edəcək.



